Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
# 25 dekabr 2019 19:56 (UTC +04:00)

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin çoxşaxəli fəaliyyətiniz müasir, suveren və çiçəklənən Azərbaycanın təşəkkülü üçün böyük əhəmiyyət kəsb edir. Siz aydın baxışınız və sarsılmaz iradəniz sayəsində müasir dövrün çoxsaylı siyasi və iqtisadi çağırışlarını dəf edərək milli birliyin, mənəvi dəyərlərin möhkəmlənməsində, ölkədə siyasi sabitliyin və davamlı iqtisadi inkişafın təmin edilməsində çox böyük uğurlar qazanmısınız. Sizin Azərbaycan xalqına sədaqətiniz və öz ölkənizə ləyaqətlə xidmət etməyiniz dahi atanız Heydər Əliyevin işinin davamıdır.

Bu əlamətdar gündə Zati-alinizə səmimi qəlbdən möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar, Sizə və yaxınlarınıza firavanlıq diləyirəm”.

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, akademik Albert Lixanov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, tükənməz enerji, xalqınızın və Azərbaycan uşaqlarının rifahı naminə bütün təşəbbüslərinizdə yeni uğurlar arzulayıram. Ümidvaram ki, uşaqların müdafiəsi istiqamətində səmərəli əməkdaşlığımız bundan sonra da davam edəcək”.

Rusiya Dövlət Dumasının “Spravedlivaya Rossiya” fraksiyasının rəhbəri Sergey Mironov da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz beynəlxalq aləmdə ölçülüb-biçilmiş və konstruktiv qərarlar qəbul etməyi bacaran parlaq siyasətçi kimi yüksək nüfuz qazanmısınız. Rusiya ilə Azərbaycanı həmişə möhkəm dostluq və qarşılıqlı faydalı əməkdaşlıq telləri bağlayıb. Əminəm ki, ölkələrimiz strateji tərəfdaşlığın dərinləşməsi yolunu bundan sonra da davam etdirəcəklər.

Sizə Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar, xoşbəxtlik, cansağlığı və firavanlıq arzu edirəm”.

Beynəlxalq İdman Atıcılığı Federasiyasının prezidenti Vladimir Lisin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Ad gününüz münasibətilə ən xoş təbriklərimi qəbul edin. Azərbaycan Respublikasının sabitliyinin və iqtisadi inkişafının təmin edilməsi istiqamətində planlarınızın bundan sonra da uğurla reallaşması üçün Sizə tükənməz enerji, möhkəm cansağlığı, ətrafınızda daim etibarlı həmfikirlər və dostlar olmasını arzulayıram”.

Rusiya Notariuslar Assosiasiyasının sədri, professor Natiq Ağamirov da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Rusiya Notariuslar Assosiasiyası adından və şəxsən öz adımdan təbrik edim, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və doğma Azərbaycan naminə yeni uğurlar diləyim.

Bu gün həmvətənləriniz, dostlarınız və məsləkdaşlarınız Sizin çox gərgin fəaliyyətinizi böyük diqqət və nikbinliklə izləyir, Azərbaycan Respublikasının siyasi-iqtisadi sistemində həyata keçirdiyiniz islahatları hərtərəfli dəstəkləyirlər.

Bu mövzu həm də bizim peşə təşkilatımızın nümayəndələrinin Azərbaycandan olan, tarixi Vətənimizi ləyaqətlə təmsil edən və ədliyyə orqanlarının fəaliyyətinin müasir, yüksək səviyyədə təşkilini nümayiş etdirən həmkarlarımızla müxtəlif beynəlxalq forumlardakı görüşlərində maraqlı müzakirə predmetinə çevrilib.

Möhtərəm İlham Heydər oğlu.

Sizə çox çətin fəaliyyətinizdə yeni uğurlar diləyir və nəzərdə tutulan planların həyata keçməsini səmimi qəlbdən arzulayıram.

Qoy qarşıdan gələn il Sizin üçün və doğma Azərbaycan üçün uğurlu, parlaq hadisələrlə, yeni xeyirxah işlər və nailiyyətlərlə zəngin olsun.

Sizə və yaxınlarınıza xoşbəxtlik və əmin-amanlıq, gözəl yeni il əhval-ruhiyyəsi arzu edirəm”.

Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə həyatın ən gözəl nemətləri olan möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik və rifah diləyirəm. Tanrı Sizi və ailənizi daim qorusun. Xalqınızın və bəşəriyyətin rifahı və əmin-amanlığı naminə bütün nəcib təşəbbüslərinizin həyata keçməsini arzu edirəm.

İcazə verin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və onun beynəlxalq fəaliyyətinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirim”.

Kailaş Satyarhi Fondunun təsisçisi, Nobel Sülh mükafatı laureatı Kailaş Satyarhi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Əziz qardaşım, hörmətli İlham Əliyev.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizin uzaqgörən və müdrik liderliyinizlə Azərbaycan Respublikasının sosial-iqtisadi sahədə islahatlar yolu ilə daim inkişaf etməsini arzu edirəm.

Cənab Prezident, 2019-cu ilin sentyabrında Nyu-York şəhərində BMT-nin Baş Assambleyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Robert F.Kennedi İnsan Hüquqları Fondu ilə birgə təşkil etdiyi “Davamlı inkişaf problemi dövründə geosiyasət” mövzusundakı toplantısı məndə dərin təəssürat yaratdı.

Zati-aliləri doğum gününüz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edirəm”.

Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının baş katibi Vladimir Şerbakov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyillir:

“Möhtərəm İlham Heydər oğlu.

Həmkarlar İttifaqlarının Ümumi Konfederasiyası adından və şəxsən öz adımdan Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycanda bütün sahələrdə müşahidə olunan sanballı nailiyyətlər istedadlı xalqınızın yaradıcı əməyinin bəhrəsi, ölkənin təbii sərvətlərinin regional miqyasda mənimsənilməsinin, istehsal və elmi potensialının daim təkmilləşdirilməsinin nəticəsidir. Azərbaycanın yeni uğurlara doğru inamla irəliləməsi Sizin işləyib hazırladığınız, XXI əsrin çağırışlarına cavab verən milli inkişaf strategiyasına uyğun olaraq həyata keçirilir.

Möhtərəm İlham Heydər oğlu, bu siyasi kurs Azərbaycan vətəndaşlarının Sizə Prezident və tanınmış lider kimi çox böyük etimadına əsaslanır.

Fürsətdən istifadə edərək, həmkarlar ittifaqları hərəkatının fəaliyyətinə göstərdiyiniz daimi dəstəyə görə Sizə bir daha dərin minnətdarlığımı bildirmək istərdim.

Möhtərəm İlham Heydər oğlu, xahiş edirəm, ən xoş arzularımı, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləklərimi qəbul edin”.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Sizi uzun illərdir tanıyan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun bütün əməkdaşları da sevinclə mənim bu təbrikimə qoşulurlar.

Hörmətli İlham Heydər oğlu, Azərbaycan Respublikasının lideri kimi Sizin bütün xidmətləriniz ən yüksək qiymətə layiqdir. Sizi tanıyanların hamısı qeyd edir ki, Siz uzaqgörən dövlət xadimi, müdrik rəhbər, öz işinə ürəkdən sadiq olan, vətəndaşlarının rifahı üçün bütün varlığı ilə çalışan insansınız.

İcazə verin, ad gününüz münasibətilə Sizi bir daha təbrik edim. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, nəcib fəaliyyətinizdə sədaqətli məsləkdaşlar və etibarlı dostlar arzulayıram”.

Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri, hörmətli Prezidentimiz.

Doğum gününüz münasibətilə Sizi “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizə cansağlığı, xoşbəxtlik diləyir, Zati-alinizə və ailənizə ən dərin ehtiramımızı çatdırıram”.

Moskva şəhərindən Ümumdünya Dağ Yəhudiləri Konqresinin rəhbəri Akif Hilalov da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

İcazə verin, Ümumdünya Dağ Yəhudiləri Konqresi adından Sizi ad gününüz münasibətilə təbrik edim, Sizə hörmət və ehtiramımı, çox sevdiyimiz, əziz, gözəl ölkə olan Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətinizə heyran olduğumuzu bildirim.

Biz beynəlxalq səviyyədə dəfələrlə bəyan edirik ki, Azərbaycan tolerantlığın və dini dözümlülüyün əyani nümunəsidir, burada müxtəlif xalqların və dini konfessiyaların nümayəndələri əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayıblar və yaşayacaqlar. Dağ yəhudilərinin Azərbaycanla bağlı çoxəsrlik tarixi buna sübutdur. Bu gün Azərbaycan ilə dağ yəhudiləri arasındakı dostluq tellərini həqiqətən qardaşlıq adlandırmaq olar.

Konfessiyalararası münasibətlərin möhkəmlənməsi işində görkəmli xidmətlərinizə və səylərinizə görə Sizə təşəkkür edirik. Bütün Azərbaycan xalqı üçün bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ailə səadəti, planlarınızın və ideyalarınızın həyata keçməsini arzulayırıq”.

İsrailin sabiq Baş naziri (1999-2001), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ehud Barak da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Zati-aliləri, möhtərəm Prezident İlham Əliyev.

Doğum gününüz münasibətilə Sizi təbrik edir, uzun ömür, möhkəm cansağlığı və firavan həyat arzulayıram.

Dövlət xadimi kimi, Siz üzərinizə öz xalqınızı irəli aparmaq, insanlığın təməl dəyərləri olan sülh və azadlığa nail olmaq kimi mühüm missiya götürmüsünüz.

Fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünya miqyasında əldə etdiyi uğurlara görə Sizi səmimi qəlbdən təbrik etmək istərdim.

Qadir Allah Sizi, ailənizi və böyük Azərbaycan xalqını qorusun”.

Pakistanın sabiq Baş naziri (2004-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Şövkət Əziz Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Zati-alinizi doğum günü münasibətilə təbrik etməkdən şərəf duyuram.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olmaq böyük fəxrdir. Mərkəz sülh, tərəqqi və rifahın təşviqində mühüm rol oynayır. İnsanların həyat səviyyəsinin, təhsilinin yaxşılaşdırılmasına, tərəqqi və inkişaf üçün yeni imkanlar açılmasına dəstək verən Sizin kimi liderlərə dünyanın böyük ehtiyacı var.

Zati-aliləri, Siz sülh, tolerantlıq və geniş düşüncənin rəmzisiniz.

Biz Sizin nəcib təşəbbüslərinizin iştirakçısı olduğumuz üçün qürur duyur və Sizə davamlı uğurlar arzulayırıq”.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko və xanımı Katerina Yuşşenko da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik ediblər.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Ailəmiz doğum gününüz münasibətilə Sizə ən xoş arzularını çatdırır. Həyatınızın bütün illəri sevinc və müvəffəqiyyətlə dolu hadisələrlə yadda qalsın. Allahdan Sizə və ailənizin hər bir üzvünə möhkəm cansağlığı diləyirəm.

Ad gününüz mübarək!”

Bolqarıstan Respublikasının sabiq Prezidenti Rosen Plevneliev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Sizə və doğmalarınıza möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü kimi təşkilatın missiyasına göstərdiyiniz əvəzsiz dəstəyə və sadiqliyə görə Sizə öz minnətdarlığımı bildirmək istərdim. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sizin himayənizlə dünyada böyük nüfuz qazanıb. Siyasi arenada mühüm əhəmiyyət kəsb edən beynəlxalq təsisata çevrilmiş bu mərkəz Azərbaycanın dünyada ən yaxşı səfiridir.

Dünyanın qeyri-sabitlik və nizamsızlıq dövrünə qədəm qoyduğu ərəfədə təşkilatın sülh, tolerantlıq, dialoq və anlaşmanın təşviq olunması kimi nəcib missiyası həmişəkindən daha böyük əhəmiyyət kəsb edir. Biz birlikdə övladlarımız üçün vacib bildiyimiz sülh, tolerantlıq və anlaşma kimi dəyərlərə dəstək verməyə davam edəcəyik.

Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, əziz dostum.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı ifadə edirəm.

İnanıram ki, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələri, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram”.

Moldovanın sabiq Prezidenti Pyotr Luçinski Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Heydər Əliyev ilə dostluq münasibətlərimiz 45 il bundan əvvəl yaranmışdı. Onun dövründə Azərbaycan çox şanlı inkişaf yolu keçdi. Azərbaycanın daha da firavanlaşmasının təməli qoyuldu.

Böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, onun oğlu, hazırkı Prezident İlham Əliyev bu fəaliyyəti uğurla davam etdirir. Onun dövründə Azərbaycan inkişaf etmiş dövlətə, həm regionda, həm də dünyada nüfuzlu qüvvəyə çevrilib. Buna ən yaxşı nümunələrdən biri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sürətlə genişlənən fəaliyyəti və artan nüfuzudur.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, cansağlığı və Azərbaycanı firavanlaşma yolu ilə irəli aparmaq üçün qüvvə arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR