Səməd Seyidov: “Thorhildur Sunna Aevarsdottirin yanaşması qəbuledilməzdir”

Səməd Seyidov: “Thorhildur Sunna Aevarsdottirin yanaşması qəbuledilməzdir”
  • Clock-gray 15:27
  • calendar-gray 30 Yanvar 2020

“Biz Avropa Şurasına yaxın olmağa çalışır, hər cür dialoqa hazır olduğumuzu bildiririk. Ancaq buna baxmayaraq, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi Thorhildur Sunna Aevarsdottir verdiyi bəyanatlarla fevral ayında Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə müdaxilə edir”.

APA-nın Avropa bürosunun xəbərinə görə, bunu Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Assambleyanın qış sessiyasında məruzəçi Thorhildur Sunna Evarsdottirin hazırladığı "Azərbaycanda siyasi məhbuslara" dair hesabatın müzakirəsi zamanı deyib.

“Mən indi başa düşürəm ki, nəyə görə AŞPA-da böhran hökm sürür. Biz hər cür dialoqa, qarşılıqlı anlaşmaya hazırıq. Ancaq Thorhildur Sunna Evarsdottirin hazırladığı hesabatda Azərbaycanı aşağılayan ifadələr yer alıb ki, bu, qəbuledilməzdir. Azərbaycan heç vaxt belə yanaşmanı qəbul etməyəcək. Biz dialoqa hazırıq, ancaq bu hesabata dair çıxış edənlərin siyahısına baxanda erməni nümayəndələrini görürük. Bu gün onlar sabiq prezidentlərini mühakimə edirlər və Azərbaycanda demokratiya haqqında danışırlar. Bu, ədalətli deyil. Biz belə bir yanaşmanı qəbul etməyəcəyik”, - deyə S. Seyidov qeyd edib.

Aytən Abbaslı

Digər xəbərlər