Türk Şurasına üzv dövlətlərin Nəqliyyat nazirlərinin videokonfransı keçiriləcək

Türk Şurasına üzv dövlətlərin Nəqliyyat nazirlərinin videokonfransı keçiriləcək
# 29 aprel 2020 16:16 (UTC +04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Nəqliyyat nazirlərinin videokonfransı keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Türk Şurası baş katibinin müavini Qismət Gözəlov "Twitter"də bildirib.

Aprelin 30-da COVID-19 pandemiyasının səbəb olduğu mövcud vəziyyəti müzakirə etmək üçün Nəqliyyat nazirlərinin videokonfransı keçiriləcək”, - deyə Q. Gözəlov vurğulayıb.

Qeyd edək ki, artıq quruma üzv dövlətlərin liderlərinin və Səhiyyə nazirlərinin virtual formatda konfransı baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR