Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçılarının üçtərəfli görüşü keçirilib - YENİLƏNİB - FOTO

Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçılarının üçtərəfli görüşü keçirilib - YENİLƏNİB - FOTO
# 23 fevral 2021 21:22 (UTC +04:00)

Ankarada Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, üçtərəfli görüş zamanı dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin mövcud inkişafından məmnunluq ifadə olunub.

Tərəflər dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörməti bir daha bəyan ediblər.

Qeyd edək ki, üçtərəfli görüşə dair qəbul edilən bəyanatla əlaqədar nazirlər saziş imzalayıblar.

***

18:44

Ankarada Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, üçtərəfli görüş zamanı XİN başçıları dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin mövcud inkişafını müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR