XİN: Azərbaycanın diplomatik korpusu fəaliyyətini davam etdirir

XİN: Azərbaycanın diplomatik korpusu fəaliyyətini davam etdirir
# 13 may 2020 17:51 (UTC +04:00)

“Xarici ölkə səfirlikləri ilk növbədə vətəndaşlarının ölkələrinə qaytarılması işlərinin əlaqələndirilməsini həyata keçirirlər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, Azərbaycanın diplomatik korpusu fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Azərbaycandakı diplomatik korpusun əməkdaşları könüllü əsasda testdən keçirilib: “Həmçinin Azərbaycandakı diplomatik korpusun əməkdaşlarına tibbi ləvazimatlar ianə şəklində verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR