Bu gün Gürcüstan-Azərbaycan sərhədlərinin razılaşdırılmamış ərazilərinə ekspertlərin baxışı keçiriləcək

Bu gün Gürcüstan-Azərbaycan sərhədlərinin razılaşdırılmamış ərazilərinə ekspertlərin baxışı keçiriləcək
# 23 sentyabr 2019 11:45 (UTC +04:00)

Bu gün Gürcüstan və Azərbaycanın dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın ekspertlərinin iclasının ikinci mərhələsi başlayacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, hər iki ölkədən olan ekspertlər Gürcüstan və Azərbaycanın sərhəd xəttinin 15-ci, 16-cı, 17-ci, 18-ci, 20-ci, 22-ci və 24-cü seksiyalarında müşahidə və geodeziya işləri aparacaqlar.

Qeyd edək ki, ekspertlərin ilk görüşü avqustun 19-23-də keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR