XİN: Xəzərlə bağlı məsələlər Türkmənistan və İranla hələlik həllini tapmayıb

XİN: Xəzərlə bağlı məsələlər Türkmənistan və İranla hələlik həllini tapmayıb
# 09 iyul 2019 09:52 (UTC +04:00)

"Azərbaycan və Türkmənistan, Azərbaycan və İran arasında Xəzərdə zonaların razılaşdırılması ilə bağlı danışıqlar prosesi mövcuddur, fürsət yarandıqca ara-sıra görüşlər keçirilir. Amma məsələlər hələ həllini tapmayıb".

Bunu APA-ya açıqlamasında xarici işlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov bildirib.

X. Xələfov deyib ki, Azərbaycan Türkmənistan və İranla bu istiqamətdə müzakirələri davam etdirəcək.

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci il 12 avqustda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan arasında imzalanıb. Konvensiya tərəflərə resursları bölüşdürmək üçün yol xəritəsi müəyyənləşdirmək imkanı verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR