Liviya Bolqarıstana nota verib

Liviya Bolqarıstana nota verib
# 31 iyul 2007 12:22 (UTC +04:00)
Liviyanın xarici işlər nazirinin müavini Əbdülati Laabidi Bolqarıstan səfirliyinə nota verərək azadlığa buraxılan bolqar tibb bacılarının və bir Fələstin mənşəli həkimin vətənə qayıtdıqdan sonra əfv olunmalarıma etirazını bildirib. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, Liviya tərəfi notada Bolqarıstanın bu ölkə ilə 1984-cü ildə imzaladığı hüquqi yardım və ekstradisiya barədə sazişi pozduğunu bəyan edib. Çünki Tripoli tibb bacılarının cəzasının qalan hissəsini Bolqarıstanda çəkmək şərtilə geri göndərib. 1984-cü ildə imzalanan həmin sənəddə isə ekstradisiya olunan şəxslərin əfv edilə biləcəyi barədə maddə yoxdur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR