Misirdə köpəkbalığı insana hücum edib

Misirdə köpəkbalığı insana hücum edib
# 10 sentyabr 2021 20:44 (UTC +04:00)

Misirin Aralıq dənizi sahillərində köpəkbalığı insana hücum edib.

APA xəbər verir ki, bu barədə “Youm7” qəzeti yazıb.

Hadisə sahildən üç kilometr aralıqda, turistik bölgə olan Sidi Əbdürrəhman kəndi ərazisində baş verib. Köpəkbalığı 58 yaşlı kişiyə hücum edərək onun qolunu dişləyib.

Yaralı xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

Hadisədən sonra rəsmilər çimərliyə girişi bağlayıblar. Misirin Ətraf Mühit Nazirliyi araşdırmalara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR