ABŞ-da axşam saatlarında üçmərtəbəli motel binasında yanğın baş verib.
APA-nın "RİA Novosti" yə istinadən verdiyi məlumata görə, hadisə Las Veqasda yerləşən “Alpine Motel”də qeydə alınıb.
Hadisə nəticəsində 6 nəfər ölüb, 13 nəfər yaralanıb.
Yanğınsöndürənlər binanın ikinci mərtəbəsindən insanları təxliyə ediblər.
Hadisənin başvermə səbəbləri araşdırılır.