KİV: NATO ölkələri Əfqanıstandan qoşunların çıxarılmasına dair razılığa gəlib

#
# 06:15
15 aprel 2021

NATO ölkələrinin xarici və müdafiə nazirləri video konfrans formatında keçirilən görüşdə Əfqanıstandan qoşunların çıxarılmasına başlamaq barədə razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə DPA agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, NATO ölkələri Ağ Evin 2021-ci ilin may-sentyabr aylarında Əfqanıstandan qoşunlarını geri çəkəcəyi barədə açıqlamasından sonra bu qərara gəlib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR