Pompeo və Çavuşoğlu Yaxın Şərqdə vəziyyəti müzakirə ediblər

Pompeo və Çavuşoğlu Yaxın Şərqdə vəziyyəti müzakirə ediblər
# 13 yanvar 2020 10:42 (UTC +04:00)

ABŞ Dövlət katibi Mayk Pompeo və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus bildirib.

Rəsmilər Yaxın Şərqdə son vəziyyəti müzakirə ediblər. 

NATO-nun regionda daha böyük rol oynamasına ehtiyac duyulduğunu vurğulayan M. Pompeo ABŞ-ın Suriyada sülh prosesinə sadiq qaldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR