ABŞ-da avtomobilin izdihama çırpılması nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb - YENİLƏNİB

ABŞ-da avtomobilin izdihama çırpılması nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb - YENİLƏNİB
# 22 noyabr 2021 10:41 (UTC +04:00)

ABŞ-ın Viskonsin ştatının Uokeşa şəhərində sürücünün avtomobili kütlənin üzərinə sürməsinə nəticəsində 5 nəfər ölüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Hadisə zamanı xəsarət alanların sayı isə 40 nəfəri ötüb.

***

saat 08:17

ABŞ-ın Viskonsin ştatında sürücü avtomobili kütlənin üzərinə sürüb.

APA-nın xəbərinə görə, nəqliyyat vasitəsi Yeni il ilə bağlı tədbirə yığışan insanları əzib.

Polisin məlumatına görə hadisə nəticəsində 20-dən çox adam xəsarət alıb. Həlak olanlar barədə dəqiq məlumat yoxdur.

Polis hadisənin törədildiyi avtomobili tapıb, sürücünün şəxsiyyəti müəyyən edilib. Bu gün şəhərin məktəblərində dərs olmayacaq. Hadisə baş vermiş küçə isə istintaq bitənədək bağlı qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR