ABŞ-da narkotik vasitələrdən rekord ölüm qeydə alınıb

ABŞ-da narkotik vasitələrdən rekord ölüm qeydə alınıb
# 18 noyabr 2021 03:33 (UTC +04:00)

ABŞ-da pandemiya dövründə dozadan artıq narkotik qəbuluna görə yüz mindən çox insan ölüb.

APA-nın xəbərinə görə, bu məlumat ABŞ-ın Xəstəliklərlə Mübarizə Mərkəzinin ilkin hesabatında yer alır.

Sənəddə göstərilir ki, ölkədə ilk dəfə olaraq dozadan artıq narkotik qəbuluna ölənlərin sayı yüz min nəfərlik həddi keçib. Narkotik vasitələrdən ölüm hallarının sayı il ərzində 28% artıb. Ölənlərin əksəriyyəti süni narkotik vasitələri qəbul edən şəxslərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR