ABŞ İsrailə 735 milyon dollarlıq silah satacaq

ABŞ İsrailə 735 milyon dollarlıq silah satacaq
# 17 may 2021 16:32 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden İsrailə 735 milyon dollar dəyərində silah satışı müqaviləsini təsdiqləyib.

APA-nın “Washington Post”a istinadən verdiyi xəbərə görə, müqaviləyə əsasən, İsrail ABŞ-dan yüksəki dəqiqlikli silahlar və xüsusi döyüş sursatı alacaq.

Qeyd edək ki, həftə sonu Co Bayden İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon əlaqəsi saxlayıb, onlar İsrail və Fələstin arasında gərginliyin artmasını müzakirə edib. ABŞ Prezidenti "Həmas" və Qəzzadakı digər terror qruplaşmalarının raket hücumlarına qarşı İsrailin özünü müdafiə etmək hüququnu dəstəklədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR