Ağ Ev yaxın günlərdə İrana zərbələr endiriləcəyi barədə məlumatları təkzib edib

Ağ Ev yaxın günlərdə İrana zərbələr endiriləcəyi barədə məlumatları təkzib edib
# 04 aprel 2007 14:47 (UTC +04:00)
APA-nın məlumatına görə, ABŞ prezidentinin rəsmi təmsilçisi Toni Fratto bu barədə xəbərlərin əsassız olduğunu deyib və Vaşinqtonun İrana qarşı müxtəlif kod adları altında əməliyyat planı hazırlamağı xəbərini rədd edib. ABC telekanalı isə ABŞ hökumətinin İran hakimiyyətinə qarşı müxalif mövqedə olan “Candulla” birləşmələri ilə danışıqlara başladığı barədə xəbər yayıb. Pakistan ərazisindəki təlim mərkəzlərində məskunlaşan bu birləşmələr İran ərazisində terror aktları həyata keçirir və iranlı hərbçiləri əsir götürür. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR