Pentaqon Rusiya rəhbərliyinin bəyanatlarını təkzib edib

Pentaqon Rusiya rəhbərliyinin bəyanatlarını təkzib edib
# 29 noyabr 2007 09:38 (UTC +04:00)
“Raket hücumundan müdafiə ilə bağlı ABŞ-ın Rusiyaya göndərdiyi yazılı təkliflər oktyabr ayında “2+2” formatı üzrə Moskvada keçirilən danışıqlarda irəli sürülmüş təkliflərdən fərqlənmir”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun mətbuat katibi Cozef Morrell deyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ-ın yazılı təkliflərinin Moskvada müdafiə naziri Robert Geyts və dövlət katibi Kondoliza Rays tərəfindən Moskvada səsləndirilən şifahi təkliflərdən çox fərqləndiyi haqda bəyanatına münasibət bildirən C. Morrell nazirin ruslara təqdim etdiyi təkliflərin kifayət qədər aydın olduğunu söyləyib: “Hesab etmirəm ki, onun raketdən müdafiə sahəsində əməkdaşlıqda şəffaflıqla bağlı səsləndirdiyi təkliflərdən hansısa şəkildə geri çəkilmə var”. C. Morrell bildirib ki, noyabrın 26-da Dövlət Departamentində Rusiya xarici işlər nazirinin müavini Sergey Kislyakla ABŞ dövlət katibinin köməkçisi Con Rud və müdafiə nazirinin müavini Erik Edelman arasında görüş keçirilib: “Mən bu görüş haqda Edelmandan məlumat aldım və o bildirdi ki, görüşdə yazılı təkliflərin Moskvada müzakirə olunmuş məsələlərə uyğun gəlmədiyinə dair məsələ qaldırılmayıb”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR