Terror təhlükəsi ilə əlaqədar Dünya Bankının Vaşinqtondakı ofisində qeyri-iş günü elan edilib

Terror təhlükəsi ilə əlaqədar Dünya Bankının Vaşinqtondakı ofisində qeyri-iş günü elan edilib
# 18 yanvar 2008 08:29 (UTC +04:00)
Terror təhlükəsi barədə anonim məlumat alan Dünya Bankının rəhbərliyi Vaşinqtondakı ofisin əməkdaşlarından yanvarın 18-də işə çıxmamağı xahiş edib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bankın bəyanatında bildirilir ki, hazırda təhlükənin nə qədər real olduğu hüquq-mühafizə orqanları ilə birlikdə araşdırılır. Dünya Bankının binası yaxınlığında yerləşən Beynəlxalq Valyuta Fondu isə iş gününü ləğv etməsə də, işə gəlib-gəlməməyi əməkdaşların öhdəsinə buraxıb.
Qeyd edək ki, Dünya Bankının Vaşinqtonda yerləşən ofisində 8 minə yaxın adam çalışır. Yanvarın 17-də banka zəng edən naməlum şəxs yanvarın 18-də günorta binada partlayış olacağını bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR