ABŞ İranın təxminən 30 internet portalını bloklayıb - YENİLƏNİB

ABŞ İranın təxminən 30 internet portalını bloklayıb - YENİLƏNİB
# 23 iyun 2021 02:29 (UTC +04:00)

Təxminən 30 İran internet portalı ABŞ hakimiyyəti tərəfindən bloklanıb.

APA xəbər verir ki, bu barədə “The Associated Press” Amerika hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə görə, ABŞ hakimiyyəti “təxminən otuz sayta girişi bloklayıb”. Agentlik bildirir ki, onların əksəriyyəti “İranın dezinformasiya yayması çalışırmış”. Qeyd edilir ki, portalların bloklanması İranda prezident seçkilərində İbrahim Rəisinin qalib gəlməsindən sonra Vaşinqtonla Tehran arasındakı “münasibətlərin kəskinləşməsi” fonunda baş verib.

***

Saat 23:34

ABŞ rəhbərliyi İranın “Press TV” və “Al Alam” televiziya kanallarının internet portallarını bloklayıb.

APA TASS-a istinadən xəbər verir ki, bu gündən etibarən sözügedən qurumların saytlarını ziyarət edərkən müvafiq bildiriş görünür.

“Domen Ticarət Nazirliyinin İxracata Nəzarət İdarəsinin sənaye və təhlükəsizlik məsələləri bürosu və Federal Təhqiqat Bürosunun (FTB) hüquq-mühafizə tədbirləri çərçivəsində ABŞ hökuməti tərəfindən müvafiq əmrə uyğun olaraq bloklanıb”, - deyə bildirişdə qeyd olunur.

Bənzər mesaj Yəmən hərəkatı “Ənsar Allah” üsyançı hərəkatına məxsus olan “Al Massira” telekanalının portalına da daxil olarkən görünür.

FTB və ABŞ Ticarət Nazirliyi TASS-ın Vaşinqtondakı müxbirinin baş verənlərlə bağlı sorğusuna hələlik cavab verməyib.

Həmçinin Dövlət Departamenti də İran televiziya kanallarının internet portallarının bloklanması barədə məlumatlara hələlik münasibət bildirməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR