ABŞ koalisiyası İraqda silahlı qüvvələrə hücum olduğunu təsdiqləyib

ABŞ koalisiyası İraqda silahlı qüvvələrə hücum olduğunu təsdiqləyib
# 12 sentyabr 2021 13:45 (UTC +04:00)

ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraq Kürdüstanının Ərbil bölgəsindəki qüvvələrinin şənbə günü gecə yarı heç bir itki vermədən pilotsuz təyyarələrlə vurulduğunu təsdiqləyib.

APA bildirir ki, bu barədə koalisiyanın sözçüsü Vayne Marotto Twitter-də yazıb.

Qeyd edək ki, Kürd telekanalı “Rudaw” İraq Kürdüstan Terrorla Mübarizə İdarəsinə istinadən Ərbil hava limanına partlayıcı maddələrlə dolu pilotsuz təyyarələrlə hücum edildiyini xəbər vermişdi.

Vayne Marotto yazıb ki, 11 sentyabrda gecə yarı Ərbil hava bazasındakı koalisiya qüvvələrin iki pilotsuz təyyarənin hücumuna məruz qalıb:

“Pilotsuz uçan aparatları məhv etmək üçün əks tədbirlər görülüb. İtki və maddi ziyan yoxdur ".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR