ABŞ Rusiya silahlarının bəzi növlərinin idxalını məhdudlaşdırıb

ABŞ Rusiya silahlarının bəzi növlərinin idxalını məhdudlaşdırıb
# 21 avqust 2021 02:23 (UTC +04:00)

Sentyabrın 7-dən etibarən ABŞ Rusiya və döyüş sursatlarının idxalına, eləcə də nüvə-raket məhsullarının, texnologiyalarının ixracına məhdudiyyətlər qoyacaq.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Qərar müvafiq sənədin rəsmi hökumətin saytında dərc edilməsindən (sentyabrın 7-si) sonra qüvvəyə minəcək. Məhdudiyyətlər ən azı 12 ay qüvvədə olacaq.

Qeyd edək ki, daha əvvəl cümə günü ABŞ Maliyyə Nazirliyi Aleksey Navalnının "zəhərlənməsinin" ildönümü ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR