Bayden Əfqanıstanda terrorizmə qarşı mübarizəni davam etdirməyə çağırıb

ABŞ Prezidenti Co Bayden

© APA | ABŞ Prezidenti Co Bayden

# 15 iyun 2021 08:41 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda bu ölkədə terrorla mübarizə səylərinin davam etdirilməsinin vacib olduğunu vurğulayıb.

APA TASS-a istinadən xəbər verir ki, Amerika lideri bunu NATO sammitində iştirakının ardından Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

“Əfqanıstanla bağlı liderlər arasında da güclü razılaşma var idi. Əsgərlərimiz geri dönür, lakin Əfqanıstan xalqına diplomatik, iqtisadi və humanitar dəstəyi davam etdirəcəyik, ölkənin silahlı və təhlükəsizlik qüvvələrini dəstəkləməyə davam edəcəyik. Əfqanıstanın bir daha ölkələrimizə qarşı hücumlar üçün etibarlı bir yuva olmamasını təmin etmək üçün bu ölkədə terrorçuluqla mübarizə səyləri davam etməlidir”, - Bayden belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR