"Facebook" və "Instagram"ın işində problemlər yaranıb

"Facebook" və "Instagram"ın işində problemlər yaranıb
# 06 avqust 2021 01:46 (UTC +04:00)

ABŞ-da “Facebook” və “Instagram” sosial şəbəkələrinin fəaliyyətində problemlər yaranıb.

APA xəbər verir ki, bunu məşhur internet-resursların fəaliyyətini izləyən “Downdetector” xidməti göstərib.

Məlumata görə, “Facebook” istifadəçilərinin 38%-i sosial şəbəkənin tamamilə bağlanmasından şikayətlənib, 32%-i hesablarına daxil olmaqda çətinlik çəkib, 29%-i isə xəbər lentini izləməkdə problemlə üzləşib.

Problem olduğundan şikayətlənən “Instagram” istifadəçilərinin isə təxminən 65%-i xəbər lentini izləməkdə, 20%-i hekayələr bölümünü açmaqda, digər 15%-i də hesablarına daxil olmaqda çətinliklə üzləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR