Klint İstvud saxta xəbər iddiası ilə bağlı məhkəmə işində 6 milyon dollar qazanıb

Klint İstvud

© APA | Klint İstvud

# 05 oktyabr 2021 04:52 (UTC +04:00)

Amerikalı aktyor Klint İstvud onun kinodan getməsi ilə bağlı saxta xəbərlər yayan Litvanın “Mediatonas” şirkətini məhkəməyə verib və 6,1 milyon dollar qazanıb.

APA xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

2021-ci ilin fevral ayında məhkəmədə qaldırılan iddiaya əsasən, “Mediatonas” şirkətinin saytları “onlayn müsahibə” dərc ediblər və burada qeyd olunub ki, guya 91 yaşlı İstvud marixuana satışının ona “daha çox” qazanc vəd etdiyini deyib və buna görə də Hollivudu tərk edir. Şirkətin resurslarının mənbəsi bildirib ki, söhbət marixuana məhsullarının Litvadakı nümayəndəliyindən gedir və iddiaçı onun fəaliyyətini aktiv şəkildə dəstəkləyirmiş.

“Mediatonas” şirkəti mart ayında çağırışa cavab vermədikdən sonra Kaliforniya dairə məhkəməsi K.İstvudun və onun nümayəndələrinin iddiasını təmin edib.

“Bu işi görməklə... Cənab İstvud qanun pozuntusuna qarşı çıxmağa və onun adından, görünüşündən və xoş niyyətindən qanunsuz şəkildə istifadə etmək istəyənləri məsuliyyətə cəlb etməyə hazır olduğunu bir daha nümayiş etdirdi”, - deyə qəzet aktyorun vəkili Cordan Sasmandan sitat gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR