Pedro Kastillo Perunun yeni prezidenti seçilib

Pedro Kastillo Perunun yeni prezidenti seçilib

© APA | Perunun yeni seçilmiş prezidenti Pedro Kastillo və yeni seçilmiş vitse-prezident Dina Ersilia Bularte Seqarra

# 20 iyul 2021 08:20 (UTC +04:00)

Radikal sol Azad Peru partiyasını təmsil edən Pedro Kastillo ölkənin yeni prezidenti seçilib. 

APA TASS-a istinadən xəbər verir ki, bunu Peru Milli Seçki Kollegiyasının Baş katibi Rita Varqas Uaman bəyan edib.

O, Azad Peru Partiyasının nümayəndələri - Xose Pedro Kastillo Terronesin və Dina Ersilia Bularte Seqarranın müvafiq olaraq, prezident və vitse-prezident seçkilərinin qalibləri olduqlarını açıqlayıb.

Hazırkı dözlət başçısı Fransisko Saqasti varisi Pedro Kastillonu seçkidə qalib gəlməsi münasibətilə təbrik edib. O, “Twitter” səhifəsində Kastillonun prezident elan edilməsini alqışladığını vurğulayaraq, Pedronun ölkənin gələcəyinə nikbin baxdığını və yeni hökumətin birliyinə, həmrəyliyinə nail olacağını gözlədiyini qeyd edib.

Xatırladaq ki, Peruda prezident seçkilərinin ikinci turu iyunun 6-da keçirilib. Səslərin 100 % -i hesablandıqdan sonra yayımlanan nəticələrə əsasən, Kastillo səslərin 50,12 % -ni qazanıb. Onun rəqibi sağçı Xalq Gücü Partiyasından Keiko Fuximori isə səslərin 49,87 % -ni toplaya bilib. 

Perunun yeni prezidenti vəzifəsinə iyulun 28-də başlayacaq.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR