Peruda avtobus dərəyə aşıb, azı 15 nəfər ölüb

Peruda avtobus dərəyə aşıb, azı 15 nəfər ölüb
# 28 avqust 2021 04:16 (UTC +04:00)

Perunun cənubundakı Apurimak bölgəsində baş vermiş yol qəzası nəticəsində azı 15 nəfər ölüb, üç nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “RPP” radiosu məlumat yayıb.

Bildirilir ki, mədən şirkətlərindən birinin işçilərini daşıyan avtobus idarəetmədən çıxaraq uçurumdan düşüb.

Hazırda hadisə yerində xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalar aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR