Hindistanda koronavirus xəstələrinin müalicə aldığı xəstəxanada yanğın olub, 8 nəfər ölüb

#
# 12:48
6 avqust 2020

Hindistanda koronavirus xəstələrinin müalicə aldığı xəstəxanada yanğın olub.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, hadisə Hindistanın qərbindəki Əhmədabad şəhərində COVID-19 xəstələrinin müalicə aldığı xəstəxananın reanimasiya şöbəsində baş verib.

Yanğın zamanı 8 nəfər ölüb.

Yanğınsöndürmə və xilasetmə idarəsinin rəsmisi bildirib ki, yanğının baş verməsinə qısa qapanma səbəb olub.

Polis xəstəxana müdirinin saxlandığını və istintaqın başlandığını açıqlayıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR