İranda məktəblər açılıb

İranda məktəblər açılıb
# 16 may 2020 15:58 (UTC +04:00)

Bu gündən İranda məktəblərdə tədris bərpa olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, məktəblərdə tədris bir ay müddətinə davam edəcək. XII sinif şagirdləri isə may ayının 30-dək dərslərdə iştirak edə bilərlər.

Bildirilib ki, şagirdlərin tədris prosesində iştirakı sərbəstdir.

Qeyd olunub ki, tədris prosesində müəllim və şagirdlər tibbi maska taxmalı, sosial məsafəni gözləməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR