İranda ötən gün koronavirusdan 374 nəfər ölüb

İranda ötən gün koronavirusdan 374 nəfər ölüb
# 24 aprel 2021 14:50 (UTC +04:00)

İranda ötən sutka ərzində 374 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 69 120 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 18 230 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2 377 039 nəfərə çatıb. Virus daşıyıcılarından 5 156 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR