Çinin raket daşıyıcısının dağıntıları Yerin atmosmerinə daxil olaraq Hind okeanına düşüb - VİDEO

Çinin raket daşıyıcısının dağıntıları Yerin atmosmerinə daxil olaraq Hind okeanına düşüb - <span class="red_color">VİDEO</span>
# 09 may 2021 08:42 (UTC +04:00)

Çinin  CZ-5B raket daşıyıcısının ikinci qolunun dağıntıları Yerin atmosmerinə daxil olaraq Hind okeanına düşüb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, raket daşıyıcısının hissəsi bu gün səhər saatlarında - Bakı vaxtı ilə 6.24-də orbitdən endirilib. 

Qeyd edək ki, CZ-5B raket daşıyıcısı Çinin “Tianhe” baza modulunu orbital stansiyaya çatdırmışdı.

Xatırladaq ki, ABŞ-ın Massaçusets ştatının Kembric Astrofizika Mərkəzinin əməkdaşı Conatan McDouell ötən gün tvitter səhifəsində sözügedən raket daşıyıcının bir sıra ölkələrin adlarını çəkərək, onlardan birinin ərazisinə düşə biləcəyi ilə bağlı iddia səsləndirmişdi.


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR