Əfqanıstanda polis postuna hücum olub, ölənlər var

Əfqanıstanda polis postuna hücum olub, ölənlər var
# 24 iyun 2020 11:50 (UTC +04:00)

Əfqanıstanın Lövgər vilayətində mühafizə postuna hücum zamanı dörd polis işçisi ölüb.

APA-nın “RİA Novsoti”yə istinadən verdiyi xəbərə görə, hadisənin “Taliban” hərəkatı tərəfindən törədildiyi ehtimal edilir.

Vilayətin qubernatoru Didar Lunq döyüşçülərin Deh Bala kəndindəki mühafizə postuna hücum etdiklərini bildirib.

Daha üç nəfərin xəsarət aldığı qeyd olunur.

“Taliban” hərəkatı hələlik hadisə haqqında açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR