Müqtəda əs-Sədr “Mehdi Ordusu”nun fəaliyyətini dayandırdığını elan edib

Müqtəda əs-Sədr “Mehdi Ordusu”nun fəaliyyətini dayandırdığını elan edib
# 28 avqust 2008 14:45 (UTC +04:00)
APA-nın AFR-ə istinadən verdiyi məlumata görə, Müqtəda əs-Sədr bəyanatında bildirib ki, bu qərara tabel olmayan tərəfdarları “Mehdi Ordusu”nun üzvü sayılmayacaqlar.

Ehtimallara görə, onun ardıcılları bundan sonra fəaliyyətlərini, əsasən, təhsil, din və sosial siyasət istiqamətində quracaqlar. Qeyd edək ki, bir qədər əvvəl Əs-Sədrin öz qrupunun fəaliyyət istiqamətini dəyişərək, siyasi təşkilata çevirmək və silahlı mübarizədən əl çəkmək niyyəti barədə məlumat yayılmışdı. Bundan başqa, Müqtədəda əs-Sədr əvvəllər də İraq hakimiyyətinə sülh bağlamağı təklif edib.

Xatırladaq ki, bu ilin iyun ayında “Mehdi Ordusu” şiə döyüşçülərinin İraqın cənubundakı əsas dayaq nöqtələrindən olan Amara şəhərini döyüşsüz təhvil verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR