Fələstin İsraillə 1 milyon doza peyvənd tədarükü barədə müqaviləni ləğv edib

Fələstin İsraillə 1 milyon doza peyvənd tədarükü barədə müqaviləni ləğv edib
# 19 iyun 2021 01:47 (UTC +04:00)

Fələstin rəhbərliyi İsrail hökuməti ilə əldə olunmuş peyvənd razılaşmasını pozub. Razılaşmaya əsasən, İsrail müddəti bitmək üzrə olan 1 milyon doza koronavirus əleyhinə “Pfizer” peyvəndini Fələstinə verməli idi, ancaq cəmi bir neçə saat sonra Fələstin razılaşmanı ləğv edib.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, Fələstin İsrailin tərəfinin İordan çayının qərb sahilinə gətirdiyi ilk 100 min doza peyvəndin istifadə müddətinin qısa zamanda bitməsindən məmnun qalmayıb. Fələstinin səhiyyə naziri Mey Kayle keçirdiyi mətbuat konfransında bildirib ki, mütəxəssislər peyvənd dozalarını yoxlayıb və onların “keyfiyyətsiz olduqları” müəyyən edilib, buna görə də geri qaytarılmasına qərar verilib.

Razılaşma əldə olunduğu gündən bəri Fələstin rəhbərliyi sosial şəbəkələrdə ciddi tənqidə məruz qalıb. Sosial şəbəkə istifadəçiləri onları keyfiyyətsiz dərman preparatları qəbul etməkdə günahlandırıb və peyvəndlərin təsirli olmayacağını bildiriblər.

Qeyd edək ki, İsrail baş nazirinin dəftərxanası cümə günü açıqlama yayıb ki, dövlət orqanları istifadə müddəti sona çatmaq üzrə olan 1,4 milyon doza “Pfizer” peyvəndinin Fələstinə verildiyini təsdiqləyib. Bunun müqabilində peyvənd istehsal edən şirkət İsrail tərəfinə bu payız eyni miqdarda təzə dərman preparatları tədarük etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR