İran İraqın şimalındakı terror qruplaşmalarını zərbə endirəcəyi ilə hədələyib

İran İraqın şimalındakı terror qruplaşmalarını zərbə endirəcəyi ilə hədələyib
# 07 sentyabr 2021 08:29 (UTC +04:00)

İran silahlı qüvvələri ölkənin təhlükəsizliyinə qarşı təhdid təhdid yaradarsa, İraq Kürdüstanındakı terrorçu qruplara zərbə endirə bilər.

APA TASS-a istinadən xəbər verir ki, bunu bazar İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları komandanı, briqada generalı Məhəmməd Pakpur deyib.

“Silahlı terror qruplaşmaları İranla sərhəd bölgədə təhlükəli vəziyyət yaratmaq üçün Şimali İraqdan istifadə edirlər”, - deyə İRNA agentliyi generaldan sitat gətirib.

Onun sözlərinə görə, “belə bir vəziyyətin davam etməsi İran üçün qəbuledilməzdir və Tehran buna görə terrorçulara cavab verəcək, ona görə də bu ərazinin sakinləri terror qruplarının yerləşdiyi yerdən uzaq durmalıdır”.

Pakpur əlavə edib ki, “İraq hökuməti və İraq muxtariyyəti terrorçuların bu ərazidə İranı təhdid edən yuvalar yaratmasına icazə verməməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR