İranda neft-kimya zavodunda yanğın olub

İranda neft-kimya zavodunda yanğın olub
# 14 iyul 2021 20:18 (UTC +04:00)

İranın Mahşəhr şəhərində Əmir Kəbir adına neft-kimya zavodunda yanğın baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, yanğın zavodun LLD bölməsinin neft-kimya məhsulları anbarında qeydə alınıb.

Yanğın 2 saat davam edib və yanğınsöndürənlərin müdaxiləsi nəticəsində söndürülüb. Yanğının baş vermə səbəbləri araşdırılır.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR