İranda vertolyot qəzasında xəsarət alanların sayı 11 nəfərə çatıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Lorestan əyalətinin təcili tibbi yardım xidmətindən bildiriblər.
Məlumata görə, qəzada 1 nəfər həyatını itirib.
Qeyd edək ki, bu gün səhər Xuzestan əyalətinin təcili tibbi yardım vertolyotu əyalətin seçki qərargahına səyyar səsvermə qutularını aparan zaman Lorestan əyaləti ərazisində qəzaya uğrayıb.
***
12:35
Bu gün səhər İranda vertolyot qəzaya uğrayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, qəza Lorestan əyalətinin Əliqudərz yüksəkliyində baş verib.
İlkin məlumata görə, qəzada nəticəsində 1 nəfər ölüb , 2 nəfər yaralanıb.