Azərbaycan atleti Almatıda bürünc medal qazanıb

Azərbaycan atleti Almatıda bürünc medal qazanıb
# 09 iyul 2019 13:15 (UTC +04:00)

Qazaxıstanın Almatı şəhərində atletika üzrə Qusman Kosanov Memorialı keçirilib.

APA-nın məlumatına görə, beynəlxalq yarışda Azərbaycan millisi də təmsil olunub.

Komandamızın heyətində Sabrina Zralova mükafatçılar sırasında yer alıb. Üçtəkanla tullanma növündə qüvvəsini sınayan təmsilçimiz 12,88 m nəticə göstərərək, turniri bürünc medalla başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR