Amerika Birləşmiş Ştatlarının (ABŞ) Gürcüstandakı səfiri Keli Deqnan bu gün azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər edəcək.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Marneuli meriyası məlumat yayıb.
Bildirilib ki, diplomat əvvəlcə meriyada görüşlər keçirəcək, daha sonra isə Marneuli kitabxanasında “Amerika guşəsi”nin açılışında iştirak edəcək.
Tədbirdə Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili, Marneuli və Qardabaninin majoritar millət vəkili Zaur Darğallı, Marneuli merinin 1-ci müavini Zaur Tabatadze, Marneuli Bələdiyyə Məclisinin rəhbəri Amiran Giorgadze də iştirak edəcək.