Aİ: Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımırıq

Aİ: Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımırıq
# 15 sentyabr 2020 13:57 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Aleksandr Lukaşenkonu Belarusun legitim prezidenti kimi qəbul etmir.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində çıxışında deyib.

"Biz hesab edirik ki, avqustun 9-da Belarusda keçirilən seçkilər saxtalaşdırılıb və buna görə də bizim üçün Aleksandr Lukaşenko Belarusun legitim prezidenti deyil. Biz Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımırıq", Aİ-nin Ali Nümayəndəsi bildirib.

O qeyd edib ki, Belarusda amansız basqı davam edir, 7500-dən çox dinc nümayişçi saxlanılıb. "Əgər vəziyyət daha da pisləşərsə, əlavə sanksiyalar tətbiq olunacaq.

Düşünürük ki, böhrandan çıxmaq üçün ən optimal həll beynəlxalq müşahidə missiyalarının iştirakı ilə Belarusda prezident seçkilərinin yenidən keçirilməsi olardı, lakin təəssüflər olsun ki, biz hələ də Belarus səlahiyyətliləri ilə əlaqə yarada bilmirik", Borrell əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR