Finlandiyada daha iki nəfər koronavirusa yoluxub

Finlandiyada daha iki nəfər koronavirusa yoluxub
# 01 mart 2020 16:11 (UTC +04:00)

Finlandiyada daha iki nəfər yeni tip koronavirusa yoluxub.

APA-nın xəbərinə görə, bu barədə Helsinki Universitetinin Xəstəxanası məlumat yayıb.

Cümə günü koronavirusa yoluxduğu təsdiqlənən şəxslə ünsiyyətdə olmuş iki nəfərdə – yaşlı şəxs və uşaqda koronavirus aşkarlanıb. Hər iki şəxs özünü yaxşı hiss edir.

Qeyd edək ki, Finlandiyada ilk virusa yoluxma faktı fevralın 26-da, ikinci yoluxma faktı isə fevralın 28-də aşkarlanıb. Yoluxma faktı qeydə alınan hər iki qadın özünü yaxşı hiss edir.

Ümumilikdə isə ilk dəfə Finlandiyada yanvarın 24-də bir Çin vətəndaşında koronavirus aşkarlanıb. O, müalicə alaraq sağalıb və Çinə qayıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR