Fransada koronavirusa yoluxanların sayı 9134-ə çatıb

Fransada koronavirusa yoluxanların sayı 9134-ə çatıb
# 19 mart 2020 05:14 (UTC +04:00)

Fransada gün ərzində koronavirusa 1400 nəfər yoluxub, 89 nəfər ölüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Baş Səhiyyə İdarəsinin rəhbəri Jerom Salomon bildirib.

O qeyd edib ki, hazırda ölkə üzrə virusa yoluxanların ümumi sayı 9134 nəfərdir, onlardan 264 nəfəri dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR