Fransada silahlı şəxs öz xanımını və 5 uşağını girov götürüb

Fransada silahlı şəxs öz xanımını və 5 uşağını girov götürüb
# 04 mart 2020 00:28 (UTC +04:00)

Fransanın şimal-şərqindəki La-Şapel-Sen-Lyuk şəhərində silahlı şəxs özünün hamilə həyat yoldaşını və beş uşağını girov götürüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “France 3” telekanalı məlumat verib.

Məlumata görə, polisə mübahisə barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis mübahisənin olduğu mənzilə daxil ola bilməyib. Evin sahibi onlara qapını açmaq əvəzinə polis avtomobilinə atəş açıb və ailəsini girov saxlayaraq qapını içəridən bağlayıb.

“BFM TV” telekanalının məlumatına görə, girovların azad edilməsi üçün 16 saat danışıqlar aparılıb. Hazırda polis evə zor tətbiq edərək daxil olmağa hazırlaşır.

Şəhər rəhbərliyinin bildirdiyinə görə, silahlı şəxsin psixoloji problemləri var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR