Gürcüstan İtaliyadakı vətəndaşlarını təxliyə edir

Gürcüstan İtaliyadakı vətəndaşlarını təxliyə edir
# 10 mart 2020 11:13 (UTC +04:00)

Gürcüstan koronavirusa görə Roma-Tbilisi aviareysi vasitəsi ilə 200 vətəndaşını İtaliyadan təxliyə edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə "Georgian Airways" şirkətinin direktoru Roman Bokeria bildirib.

Onun sözlərinə görə, vətəndaşların təxliyəsi üçün gün ərzində ümumilikdə 2 uçuş həyata keçiriləcək.

Təyyarələrin artıq İtaliyaya yola düşdüyü, axşam saatlarında isə geri qayıdacağı bildirilib.

Qeyd edək ki, Gürcüstan koronavirusla mübarizə tədbirləri çərçivəsində martın 6-da İtaliyaya birbaşa uçuşları dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR