Gürcüstanda daha 170 nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 170 nəfər koronavirusa yoluxub
# 15 sentyabr 2020 10:40 (UTC +04:00)

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 170 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 2562 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6633 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1369 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR