Gürcüstanda koronavirusa yoluxanların sayı 10 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 10 mini ötüb
# 08 oktyabr 2020 11:07 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 472 yoluxma halı qeydə alınıb, 4 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 10 225 nəfərə, ölənlərin sayı 66 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 574 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Koronavirusa yoluxanlardan 5 553 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR