Gürcüstanda koronavirusa yoluxanların sayı 297 mini keçib

Gürcüstanda koronavirusa yoluxanların sayı 297 mini keçib
# 20 aprel 2021 10:49 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 792 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 297 728, ölənlərin sayı isə 3 959 nəfərə çatıb.

Virusa yoluxanlardan 282 237 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR