Gürcüstanda koronavirusa yoluxanların sayı 399 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 399 nəfərə çatıb
# 20 aprel 2020 11:07 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVid-19) yoluxanların sayı 399 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, ölkə üzrə karantində 4782 nəfər saxlanılır, stasionar müalicədə isə 503 nəfər var. Virusa yoluxmuş şəxslərdən 93-ü sağalıb, 4 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR