Gürcüstanda koronavirusun pik həddə çatacağı vaxt açıqlanıb

#
# 14:11
2 aprel 2020

Aprel ayının ikinci yarısında Gürcüstanda koronavirus infeksiyasının pik həddə çatması gözlənilir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Ekaterine Tikaradze bildirib.

Onun sözlərinə görə, ölkədə virusun yayılmasını nəzarətdə saxlamaq mümkündür.

Qeyd edək ki, hazırda Gürcüstanda 130 nəfərin koronavirusa yoluxması təsdiqlənib, onlardan 26-nın sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR