İndiyədək Türkiyənin xaricdəki 342 vətəndaşı COVID-19-dan vəfat edib

İndiyədək Türkiyənin xaricdəki 342 vətəndaşı COVID-19-dan vəfat edib
# 18 aprel 2020 23:50 (UTC +04:00)

İndiyədək Türkiyənin xaricdəki 342 vətəndaşı COVID-19-dan vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Xaici İşlər naziri Mövlud Çavuşoğlu "NTV" televiziyasına canlı bağlantıda danışarkən bu barədə bildirib.

Nazir deyib ki, yeni növ koronavirusdan dünyasını dəyişən həmin 342 vətəndaşın 200-dən çoxunun ailələri ilə əlaqə saxlanılıb, ölən qohumunun Türkiyədə dəfn olunmasını istəyənlərə şərait yaradılıb və digər dəstəklər göstərilib.

Nazir deyib ki, indiyədək Türkiyə XİN-in 17 əməkdaşı COVID-19 infeksiyasına yoluxub: “Avropa İttifaqı Daimi Təmsilçilyimizdəki bir əməkdaşımız bu xəstəlikdən Brüsseldə vəfat etdi”.

Nazir bildirib ki, Ramazan ayı başlamazdan öncə 72 ölkədən daha 105 səfər də planlaşdırılıb.

Çavuşoğlu onu da qeyd edib ki, dünya ölkələrinin 60 faizi (116 ölkə) yeni növ koronavirusla mübarizə tədbirlərilə bağlı avadanlıq üçün Türkiyəyə müraciət edib: “Bütün bu tələbləri yerinə yetirmək Türkiyənin imkanı xaricindədir, amma 44 ölkəyə dəstək vermişik”.

Nazir koronavirus pandemiyası sonrası üçün də Türkiyə XİN-in fəaliyyətləri olduğunu və bu istiqmətdə işlərin davam etdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR