Koronavirusa görə Gürcüstanda parlament seçkiləri təxirə salına bilər

Koronavirusa görə Gürcüstanda parlament seçkiləri təxirə salına bilər
# 19 mart 2020 14:26 (UTC +04:00)

Koronavirusa görə Gürcüstanda bu ilin payızında keçirilməsi planlaşdırılan parlament seçkiləri təxirə salına bilər.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” Partiyasının üzvü İrakli Kobaxidze bildirib. Onun sözlərinə görə, virusun yayılması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edilsə və bu vəziyyət yay aylarında təşviqat kampaniyalarının aparıldığı dövrə təsadüf etsə, parlament seçkilərinin tarixi vəziyyətin normala qayıtmasından 60 gün sonraya təxirə salına bilər.

“Hər şey qlobal trendlərdən və Gürcüstanda vəziyyətin necə inkişaf edəcəyindən asılıdır. Biz ümid edirik ki, problem yayda tam həllini tapacaq”, -deyə İ. Kobaxidze bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR